409
18:28
17 Sentyabr 2019

Maşın kanala düşdü: ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

Ağdaşda baş verən yol qəzasında ölənlərin kimliyi məlum olub.
APA -nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində rayon sakinləri - Şahlar Məmmədov və Elbrus Məhiyəddinov dünyasını dəyişiblər.
***
Saat 17:50
Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın Mingəçevir bürosunun məlumatına görə, rayonun Şəkili kəndində idarəetmədən çıxan “VAZ 2106” markalı avtomobil beton maneəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən biri ölüb, digər 3 nəfər isə ağır xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma başlanılıb.