764
19:21
18 Sentyabr 2019

"Qan qardaşlığı etməyin, bu kəlməni unudun"- Həkim AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında dünyada ən çox qarşılaşdığımız 5 ölüm səbəbindən 3-nün infeksion xəstəliklər (HİV/QİÇS, vərəm və tənəffüs yolları infeksiyaları) olduğu göstərilib. Digər infeksion xəstəliklərin isə nəzarət və müalicəsinin olduğu göstərilir.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli həkim, professor İlyas Tökmədaş, tez-tez rast gəlinən və öldürücü olan infeksion xəstəliklərdən qorunmağın mümkün olduğunu söyləyib. O bildirib ki, bu mövzuda xalqa infeksion xəstəliklərdən qorunmağın yollarını göstərmək lazımdır.
Professor infeksion xəstəliklərdən uzaq olmağın yollarını tövsiyə edir:
Suyu və sabunu sevin - Bir çox xəstəlik əl vasitəsilə keçir. Əllərinizi yeməkdən və tualetdən sonra mütləq yuyun. Təmiz sudan istifadə edin.
Yayda gənələrdən ehtiyatlı olun - Gənəqovuculardan istifadə edin. Hər hansı yerə istirahətə gedərkən orada üzərinizə bir daha diqqət edin ki, gənə olmasın.
Qan qardaşlığı etməyin - Qan qardaşlığı zamanı HİV/QİÇS, Hepatit B və C infeksiyalarına yoluxacağınızı unutmayın. Qan qardaşlığı kəlməsini unudun.