437
19:16
17 Sentyabr 2019

Türkiyəli güləşçi tarix yazdı: 4-cü dəfə dünya çempionu oldu

Türkiyəli güləşçi Rıza Kayaalp 4-cü dəfə dünya çempionu olub.
APA -nın məlumatına görə, Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 130 kq çəki dərəcəsində yarışan türkiyəli güləşçi finalda kubalı Oskar Pino Hindslə qarşılaşıb.
Final görüşü türkiyəli güləşçinin qələbəsi ilə başa çatıb.
Bununla da Rıza Kayaalp yunan-Roma güləşi üzrə 4-cü dəfə dünya çempionu adını qazanıb.
Qeyd edək ki, R. Kayaalp 2011, 2015 və 2017-ci illərdə keçirilən dünya çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.