348
20:56
17 Sentyabr 2019

Bakıda 80 yaşlı kişi qadını boğazından bıçaqlayıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, 1939-cu il təvəllüdlü Səlimov Məzahir Nağı oğlu Nəriman Nərimanov küçəsində yerləşən mənzildə yaşayan 1975-ci il təvəllüdlü Fidan Babayeva ilə mübahisə edib. O, mübahisə zəminində F.Babayevanın boğazına bir neçə bıçaq zərbəsi vurub.Yaralı xəstəxanaya yerləşdirilib.Onun vəziyyəti ağırdır.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları M.Səlimovu saxlayıb.