303
19:30
18 Sentyabr 2019

Evlərə qənim kəsilən oğru tutuldu

Sentyabrın 16-da Kürdəmir rayonu, Qaraqocalı kənd sakini Cəlal Əhmədov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən 1910 manat pulun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az -a verilən məlumata görə, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Allahverdiyev saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Ətrafında aparılan araşdırmalar nəticəsində F. Allahverdiyevin digər cinayət əməlində də əli olduğu aşkarlanıb. Saxlanılan şəxsin bir neçə gün öncə vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyalarını, digər bir vətəndaşa məxsus evdən isə məişət əşyalarını və yataq dəstini oğurladığı məlum olub. Oğurlanan əşyaların və pulun müəyyən bir qismi maddi sübut kimi götürülüb.