301
19:10
18 Sentyabr 2019

İldırım bu ölkədə 17 nəfəri öldürdü

Hindistanın şərqində yerləşən Bihar ştatında ildırım vurması nəticəsində son 24 saat ərzində ən azı 17 nəfər həlak olub.
APA -nın "Xinhua" agentliyinə istinadən verdiyi xəbərə görə, son iki gündə Biharda güclü yağışlar nəticəsində Qanq çayında suyun səviyyəsi təhlükəli həddə çatıb.
Şiddətli daşqınlar ştatın müəyyən ərazilərini su altında qoyub. Hindistanın Su Resursları üzrə Mərkəzi Komissiyası daşqın xəbərdarlığı edib.