619
16:25
18 Sentyabr 2019

Sosial müdafiə ilə bağlı ŞAD XƏBƏR!

Azərbaycanda gələn ildən sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminin 10 faiz artırılacağı ehtimal olunur.
APA -nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Hadi Rəcəbli bildirib.
H.Rəcəbli deyib ki, Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür: “Sosial xərclər üçün hər il əhəmiyyətli dərəcədə vəsait ayrılır. Biz bunu lazımınca təbliğ edə bilmirik. Ona görə də bəzi hallarda neqativ fikirlər yayılır. Bəzi hallarda bu istiqamətdə çıxışlarımız təhrif edilir. Buna yol vermək olmaz”.