268
01:39
19 Sentyabr 2019

Hacıqabulda “Honda” təkərinin partlaması nəticəsində yoldan çıxaraq aşıb - FOTO

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın Mil-Muağan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 145-ci kilometrliyində Hacıqabul rayonunun Qarasu qəsəbəsi ərazisində qeydə alınıb.
Gürcüstandan Bakıya gedən “Honda” markalı 99 AU 653 dövlət nömrə nişanlı avtomobilin ön təkərinin partlaması nəticəsində avtomobil yoldan çıxaraq bir-neçə dəfə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan bir ailənin 5 üzvü yüngül xəsarələr alıb.
Yaralılara hadisə yerində təcili tibbi yardım briqadası tərəfindən yardım göstərilib.
Avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.