341
09:22
22 Sentyabr 2019

Bu gün komandamız Dünya Çempionatının finalında mübarizə aparacaq

Bu gün Bakıda Milli Gimnastika Arenasında 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatının sonuncu günü keçəcək.
Çempioonatın sonuncu günündə komandaların qrup hərəkətlərində finalları keçiriləcək. Komandalar 5 topla hərəkətlərdə və 3 halqa və 2 cüt gürz ilə hərəkətlərdə proqramlarını nümayiş etdirəcəklər.
Yarışlar saa 14:30-da start götürəcək, Azərbaycan komandası 3 halqa və 2 cüt gürz ilə hərəkətlər üzrə finalda çıxış edəcək. Azərbaycan komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Daria Sorokina yer alırlar.
Xatırladaq ki, ötən gün keçirilən yarışlarda qrup hərəkətləri üzrə Azərbaycan yığması Tokioda 2020 Olimpiya Oyunları üçün lisenziya qazanıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").
(Trend)