7017
12:10
22 Sentyabr 2019

Azərbaycanlı modelin keçmiş əri 3-cü dəfə ata oldu – FOTO

Azərbaycanlı model, Türkiyədə çox məşhur olan Günay Musayevanın keçmiş əri tanınmış oyunçu Tolga Karel üçüncü dəfə ata oldu. Onu da qeyd edək ki, o, aktyorluğu buraxıb ABŞ-da TIR sürücülüyünə başlayıb.
Lent.az -ın məlumatına görə, Tolga Karel bu sevincini İnstagram səhifəsində yeni doğulan oğlu ilə çəkdirdiyi fotolarını yayaraq paylaşıb.
Xatırladaq ki, Tolga Karelin ilk övladı Günay Musayevadan olan oğlu Cahangirin artıq 7 yaşı var. Onlar 2011-ci ildə evlənib 2015-ci ildə isə çox səs-küylü bir məhkəmə ilə boşanıblar. Azərbaycanlı model ərini uşağa baxmamqda ittiham edir.