528
17:08
22 Sentyabr 2019

Hitlerin sevgilisinin alt paltarına minlərlə sterlinq saydılar

Adolf Hitlerin sevgilisi Yeva Braunun alt paltarı Böyük Britaniyadakı Humbert & Ellis hərracında satılıb. Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bir cüt ipək alt paltarı və bir gecə paltarı 6,1 min funt sterlinqə (14 min manat) alınıb. Hərracın qalibi satış başlanandan Braunun paltarlarını əldə etmək üçün mübarizə aparan Böyük Britaniya sakini olub.
Qeyd edilir ki, ağ şortlarda Yeva Braunun baş hərfləri yazılıb. Həmçinin onların üzərində paltarın 1944-cü ildə Bavariyada tikildiyini əks etdirən etiket də qalıb. Paltarları satışa onları 50 ildir saxlayan kolleksiyaçı çıxarıb.