851
18:44
22 Sentyabr 2019

Qorxulu XƏBƏRDARLIQ: dünyada 36 saatda 80 milyon insan ölə bilər

Ekspertlərin fikrincə, dünya ictimaiyyəti ölümcül virusların qlobal pandemiyasına hazır deyil.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu haqda dünyanın 15 ən görkəmli siyai liderinin, müxtəlif təşkilat rəhbərinin və müxtəlif sahələr üzrə mütəxəssislərin müstəqil Qlobal monitorinq üzrə (Global Preparedness Monitoring Board, GPMB) Ekspert şurasının ilk illik məruzəsində qeyd edilib. GPMB 2018-ci ilin may ayında Ümumdünya bankı və Ümumdünya səhiyyə təşkilatının himayəsi altında Ebola virusu epidemiyası səbəbindən yaranan böhrana görə yaradılıb. “36 saatdan az müddətdə 50 mindən 80 minədək insanı öldürmək və dünya iqtisadiyyatının 5 faizə yaxınını məhv etməyə qadir olan respirator patogeni ölümcül pandemiyasının sürətlə yayılması təhlükəsi çox realdır. Belə böyüklükdə qlobal pandemiyanın faciəli nəticəsi ola bilər, özü ilə hər sahədə xaosa, vəlvələyə, sabitsizliyə və təhlükəsizliyin yoxluğuna səbəb olar.

Dünya buna, sadəcə hazır deyil”, - məruzədə vurğulanır. Məruzə müəllifləri qeyd edirlər ki, əgər müasir dünyada belə qlobal pandemiya baş verərsə, 1918-ci ildə “İspaniya qripi” kimi, hər şey daha pis olacaq. Planetin əhalisi 100 il ərzində 4 dəfə çoxalıb, əhalinin mobilliyi isə bir dəfədən çox azalıb. Ona görə də yüksək yoluxucu ölümcül virusların yayılması, nəticədə bu viruslara yoluxanların və ölənlərin sayı ağlagəlməz dərəcədə daha yüksək olacaq. Bu halda dünya iqtisadiyyatı üçün daha böyük təhlükə qaçılmaz olacaq.