354
21:11
22 Sentyabr 2019

Şəki sakini yol qəzasında xəsarət alıb: vəziyyəti ağırdı

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Cəfərabad kənd sakini, 1990-cı il təvəllüdlü Nihad Şahin oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına daxil olub.
Tibb müəssisəsindən bildirilib ki, N.Allahverdiyevin Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında ağır xəsarət alıb. N.Allahverdiyevə qapalalı kəllə-beyn travması və döş qəfəsinin əziyi dioqnozu qoyulub.
O, Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.