280
03:23
23 Sentyabr 2019

Polis əməkdaşını vurub qaçan sürücü saxlanıldı

Piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb
APA xəbər verir ki, 4 gün bundan öncə Tofiq Bəhrəmov adına stadionun yaxınlığında xidmət aparan Əlahiddə Çevik Polis Alayanın əməkdaşı, 1987-ci il təvəllüdlü serjant Vüsal Ağayevi “Hyundai” markalı avtomobil vuraraq qaçıb.
Keçirilən axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü, 1968-ci il təvəllüdlü Məhəmməd Seyidov saxlanılıb.
Qeyd edək ki, V.Ağayevin vəziyyəti ağırdır. O, Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilib.