198
11:01
23 Sentyabr 2019

Müəllimlərin işə qəbulunun II turu başa çatdı

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başa çatıb.
Təhsil Nazirliyindən APA -ya verilən xəbərə görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu sentyabrın 21-dən 22-si saat 23:59-dək davam edib.
Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanında nəticəsi olan şəxslər iştirak edib.