239
12:32
23 Sentyabr 2019

63 adda dini ədəbiyyata qadağa qoyuldu - RƏSMİ

"İndiyədək Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1603 adda dini məzmunlu ədəbiyyata baxılıb".
APA -nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, onlardan 1540 adda dini ədəbiyyatın ölkəyə idxalına müvafiq qaydada icazə verilib: “Amma 63 adda dini ədəbiyyatın ölkəyə idxalına icazə verilməyib. Çünki həmin ədəbiyyatlar ölkədəki dini duruma mənfi təsir göstərir. Həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə nəşr olunmaq məqsədilə təqdim edilmiş 214 adda dini ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilib, onlardan 4-nün çapı məqsədəuyğun sayılmayıb”.