230
12:50
23 Sentyabr 2019

Motosikleti ağaca çırpan sürücü hadisə yerində öldü

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Yalama-Səlimoba kəndinin 4-cü km-də qeydə alınıb. Xudat şəhər sakini, 21 yaşlı Samir Muradovun idarə etdiyi motosiklet yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində S.Muradov dünyasını dəyişib.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.