353
15:31
23 Sentyabr 2019

Əlillərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində əlilliyi olan şəxslərin Elektron İnformasiya Bazası yaradılır.

Nazirlikdən Lent.az -a bildirilib ki, informasiya bazasına əlilliyi olan şəxslər barədə zəruri məlumatlar daxil ediləcək.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayından etibarən ölkəmizdə əlilliyin qiymətləndirilməsi prosesi elektronlaşdırılıb. Həmin dövrə qədər müddətsiz əlillik təyinatı aparılan əlilliyi olan şəxslər barədə elektron sistemdə məlumatlar mövcud olmadığından, yeni informasiya bazasına qeyd olunan dövrə qədər müddətsiz əlillik təyinatı aparılan 170 minədək şəxs barədə məlumatlar daxil ediləcək. Bazada müddətsiz əlillik dərəcəsi olan şəxslərlə yanaşı, müddətli əlillik təyinatı aparılan vətəndaşların da məlumatları toplanacaq.