276
15:00
23 Sentyabr 2019

Dələduzluq edən əcnəbilər saxlanıldı

Qubada dələduzluq baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, bu barədə şəhər sakini V.Hüseynova Quba rayon Polis Şöbəsinə müraciət edib. O, müraciətində sentyabrın 20-də işlədiyi mağazaya gələn 3 nəfərin onu aldadaraq 180 manatını aldıqlarını bildirib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən 3 əcnəbi vətəndaş müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.