350
14:54
23 Sentyabr 2019

10 yaşlı Anjelina fərdi təhsilə cəlb edildi - FOTOLENT

"Raskopa Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub".
Bu barədə Lent.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov məlumat verib. O bildirib ki, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelina məktəbli ləvazimatları və çanta ilə təmin edib:
"Məktəbliyə yeni dərsliklər də verilib. Məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünə inamının artırılması üçün onunla xüsusi məşğul olacaq.
Bir daha valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının heç bir halda məktəbə qəbulunu yubatmasınlar. Dövlətin yaratdığı təhsil imkanları hamı üçündür və hər bir uşağın məktəbə cəlb olunması, hərtərəfli vətəndaş kimi yetişməsi ümumilikdə cəmiyyətin uğurudur”.
Xatırladaq ki, yerli mediada Anjela və atası İlqar Vasilyeviçin gündəlik xərcləri səbəbindən zibil yığması ilə bağlı reportaj yayımlanmış və müzakirələrə səbəb olmuşdu.