213
14:49
23 Sentyabr 2019

Türkiyə ordusunun iki əsgəri şəhid oldu

İraqın şimalında Türkiyə ordusunun iki əsgəri şəhid olub.
APA -nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalında hərbi konvoyun keçdiyi ərazidə PKK terror təşkilatı tərəfindən kustar üsullar hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin iki əsgəri şəhid olub.
Hazırda bölgədə hərbi əməliyyatlar davam edir.