347
15:36
23 Sentyabr 2019

Piyadanı vurub qaçan qadın sürücü saxlanıldı

Xətaidə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az -ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata əsasən, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin əməkdaşları faktla bağlı əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə sentyabrın 20-də Bakı şəhər sakini V.Mahmudovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Hyundai” markalı avtomobilin sürücüsü, paytaxt sakini İ.Ağayeva saxlanılıb. Onun izahatı alındıqdan sonra buraxılıb.