226
15:10
23 Sentyabr 2019

Mağazadan oğurluq edən tutuldu

Yasamalda mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları oğurluq etdiyinə görə Ş.Kəlbiyevi saxlayıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki mağazaların birindən 1000 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi oğurlaması da müəyyən edilib.