539
19:21
01 Oktyabr 2019

Nar mürəbbəsinin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Fidana's Home” adı ilə məşhur olan səhifəyə istinadla nar mürəbbəsinin resepti ilə tanış edəcəyik.
Tərkibi:
Nar, şəkər tozu, limon suyu, darçın çubuğu
Hazırlanması:
Narları dənələyib, qaba əlavə edirik. Üzərinə şəkər tozunu töküb, şirə salana qədər saxlayırıq. Narın şirəsi çıxdıqdan sonra ocağa qoyub, dibindən yavaş-yavaş qarışdırırıq ki, yapışmasın. Sonra darçın çubuğunu və limon suyunu əlavə edirik. Bir az qaynadıqdan sonra ocaqdan götürürük.
Nuş olsun!