688
14:48
02 Oktyabr 2019

Əməkdar artistimiz ürəyindən əməliyyat olundu

Əməkdar artist Kazım Abdullayev ürəyindən əməliyyat olunub.
Bu barədə APA -ya aktyorun oğlu Fərhad Abdullayev xəbər verib.
Onun sözlərinə görə, Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilən atası bu gün əməliyyat olunub: “Ürək əməliyyatı indicə bitib. Vəziyyəti yaxşıdır. Atamın ayağında da tromb olduğuna görə hazırda ayağından əməliyyat olunur”.