553
11:42
03 Oktyabr 2019

Hər kəsin öz pəhrizi - Nələri bilməmişik?

Artıq çəkidən azad olmaq üçün bir çox vasitələrə əl atırıq. Məsələn, arıqlama dərmanları, bitki çayları, müxtəlif pəhriz yeməkləri və s. Lakin bəzi hallarda istədiyimiz nəticəni əldə edə bilmirik.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son illərdə bir çox mütəxəssislər insanlara pəhrizi şəxsi xüsusiyyətlərinə görə müəyyənləşdirirlər.
Həmin təsnifat bu qaydada müəyyən edilir:
1. Bəzi insanlar var ki, səbirsizdirlər. Hər zaman özlərini təzyiq altında hiss edirlər. Bu xarakterə sahib olan insanlar pəhrizə başladıqda tez bir zamanda kilo atıb arıqlamağa çalışırlar. Elə ilk başdaca uğursuz olurlar. Bu xarakterdə olan insanlara qrup şəklində pəhriz proqramı məsləhət görülür. Belə ki, proqrama ailə üzvləriniz və dostlarınız daxil ola bilər. Beləliklə, onların da dəstəyi sayəsində bu xarakterdə olan insanlar daha dözümlü və səbirli olarlar.
2. Bir qrup insanlar da var ki, olduqca səbirli və sakit xarakterə malikdirlər. Bu adamları isə çəki atmaları üçün hərəkətə gətirmək lazımdır.
3. Yüksək səs tonu ilə danışan və özünə olduqca güvənən insanlar, dostları ilə görüşəndə pəhrizi pozurlar. Ümumiyyətlə, bu insanlar diyetaya uyğunlaşmaqda çətinlik çəkirlər. Çünki onlar əylənməyi və dostları ilə çox vaxt keçirməyi sevdikləri üçün bu iradələrinə hakim kəsilə bilmirlər. Buna görə, də həmin insanlar kənarda yemək yeyərkən pəhrizlərinə uyğun menyu seçməli, mütəmadi olaraq məşq etməlidirlər.
4. Hər şeyin mükəmməl olması üçün çalışan insanlar, pəhriz saxlayarkən ən kiçik problemlə üzləşdikdə diyetanı pozarlar. Bu insanlarda pəhriz motivasiyaları hər zaman yüksək olmalıdır.
Bütün hallarda mütəxəssislər pəhriz saxlayan bütün insanlara inamlı olmağı, əzmkarlıq nümayiş etdirməyi tövsiyə edir.