276
13:46
03 Oktyabr 2019

“Qoca və Mələk” Pantomima teatrında

Oktyabrın 12-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində “Qoca və Mələk” tamaşası oynanılacaq.

Teatrdan Lent.az -a bildirilib ki, rejissor Elnur Rzayevin quruluşunda hazırlanan tamaşa bir qocanın həyat hekayəsidir. Hadisələr onun yaşantılarıdır.

Plastika üzrə rejissor Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.