331
14:33
03 Oktyabr 2019

Oljas Süleymenovdan Qarabağla bağlı çağırış

“Artıq 30 ildir ki, Qarabağ problemi öz həllini tapmır”.
APA -nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov deyib.
“O dövrdə SSRİ prezidenti olan Mixail Qobaçovun milli məsələlərdən bir o qədər anlayışı yox idi. Qorbaçov bu cür problemlərin, xüsusən də Qarabağ probleminin yaranmasına kömək edirdi. Buna görə də düşünürəm ki, Qarabağ problemi Qorbaçovun milli respublikalara, xüsusən Azərbaycana qarşı apardığı səhv siyasətin məhsuludur. Bu problemin həllini tapmamasında daha çox o dövrün siyasətçiləri günahkardırlar. Halbuki onlar bu problemin həllinə kömək edə bilərdilər”, - deyə o vurğulayıb.
O. Süleymenov siyasətçiləri və ədəbiyyat adamlarını Qarabağ probleminə biganə qalmamağa çağırıb.