190
10:55
04 Oktyabr 2019

"Hərəkət səkkiz" adlı filmin təqdimatı olub

"Gənclik Mall"da yerləşən "CinemaPlus" kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan "Hərəkət səkkiz" filmi təqdim olunub.

Lent.az xəbər verir ki, rejissor Ali Yorğancıoğlunun çəkdiyi komediya filmində Ali Sunal, Hande Katipoğlu, Devrim Yakut, Hakan Bilgin, Gürgen Öz və Onur Atilla ilə yanaşı azərbaycanlı aktyorlar İslam Mehrəliyev, Elcan Rəsulov və Pərvin Abıyeva çəkiliblər.

"Hərəkət səkkiz" filminin ssenaristi Ayberk Çınar, prodüseri Levent Cengizhandır. Çəkilişlərin bir hissəsi Bakıda aparılıb. Film rus mafiyasının axtarışına düşən üç polis məmurundan bəhs edir. Filmin Azərbaycan tərəfdaşı “Aranfilm” yaradıcılıq mərkəzidir.

"Hərəkət səkkiz" bu gündən başlayaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunub.