358
13:35
04 Oktyabr 2019

“Qarabağ”ın iki futbolçusu “Top-100”-də

Avropa Liqasında çıxış edən futbolçuların reytinq cədvəli açıqlanıb.
APA -nın məlumatına görə, II turun dünən keçirilən oyunları “Fedeks” şirkətinin indekslərinə əsasən tərtib olunan cədvəldə ciddi dəyişikliklərlə nəticələnib.
Bu, Azərbaycan təmsilçilərinin mövqeyinə də təsir edib. Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub edən ölkə çempionu “Qarabağ”ın futbolçuları siyahıda böyük irəliləyişə nail olublar.
Ağdam klubunun ən yaxşısı olan Dani Kintana 3316 xalla 23-cü pillədə qərarlaşıb. İspaniyalı yarımmüdafiəçinin izləyiciləri arasında 24-cü olan Pyer-Emerik Obameyanq, 26-cı yerdəki Bakayo Saka, 28-ci pillədəki Çiro İmmobile kimi ulduzlar da var.
O, “Qarabağ”ın “Top-100”dəki yeganə təmsilçisi deyil. 2439 xala malik Abdullah Zubir 69-cu sırada yer alıb. “Qarabağ”ın 3-cüsü olan Miçel 2031 xalla Avropa Liqasında 118-cidir.
İlk turun “Sevilya” ilə matçından sonra “Qarabağ”ın ən yaxşısı 466-cı yerdə olan İsmayıl İbrahimli idi.
Azərbaycan futbolçuları arasında ən yaxşı nəticə “Qarabağ”ın milliləşən legioneri Riçard Almeydaya məxsusdur. O, 1577 xalla 219-cudur. Qara Qarayev 718 xalla 486-cı, Mahir Emreli 684 xalla 499-cudur.
Qeyd edək ki, siyahıda ilk pilləni 5237 xalı olan Donyel Malen (PSV) tutur. Bruno Fernandes (Sportinq) 4593 xalla 2-ci, Sergey Milinkoviç-Saviç (Latsio) 4452 xalla 3-cüdür.