1348
16:08
05 Oktyabr 2019

Ofeliya Sənani əməliyyat olundu - YENİLƏNİB

Xalq artisti Ofelya Sənaninin ürəyində anju əməliyyatı aparılıb.

Bu barədə APA -ya Bakı Ürək Mərkəzinin kardioloqu Şahin Xəlilov məlumat verib. Onun sözlərinə görə, Xalq artistinin vəziyyəti hazırda stabildir və müalicəsini davam etdirir.

11:45

Xalq artisti Ofelya Sənani infarkt keçirib.

APA -nın məlumatına görə, xalq artisti Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA -ya bildirilib ki, O.Sənaniyə ürəyin ön və arxa divarının infarktı diaqnozu qoyulub.

Hazırda reanimasiya şöbəsində müalicə alan xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.