795
18:45
05 Oktyabr 2019

"Rozanın iştirakı ilə maraqlı bir addım atacağıq" - Murad Dadaşov

“Xanımlar və cənablar 2” devizi ilə yayımlanan “Maşın” realiti şousunun qalibi müğənni Roza Zərgərli qazandığı avtomobildən imtina etmişdi.
Maşının aqibətinin necə olması isə hələ də müəmma olaraq qalırdı.
Ötən gün Xalq artisti Murad Dadaşov bu barədə açıqlama verib:
“Müğənni Roza Zərgərlinin avtomobil məsələsi indiyə kimi müzakirə predmetidir. Mən bu məsələ ilə bağlı olduqca mühüm və vacib məlumat vermək istəyirəm. Hələ də Rozanın qazandığı avtomobil heç kimə verilməyib. Şərt ondan ibarət idi ki, bir il ərzində bu avtomobil toxunulmaz statusu daşıyırdı. Bu vaxt artıq bitdi. Burada bir anons vermək istəyirəm. Məsələnin həlli yolunu tapmışıq. Rozanın iştirakı ilə maraqlı bir addım atacağıq. Odur ki “Maşın”ı izləməkdə davam edin”.
Qeyd edək ki, Roza Zərgərli finalda vayner Hüseyn Əzizoğlu ilə yarışırdı.
(Axşam.az)