740
13:28
06 Oktyabr 2019

"Mənim torbamı tikənlər, sizin torbanızı mən tikdim" - Kərim

Müğənni Niyam Salaminin "Maşın" şoudan Aqşin Fateh və Nazim Pişiyarini uzaqlaşdırması ən çox Kərim Abbasovu sevindirib.
Bunla bağlı Kərim sosial şəbəkədə paylaşım edib.
O, yayımladığı videoda "Mənim torbamı tikənlər, sizin torbanızı mən tikdim. şükür sənə Rəbbim. Səs verən dostlara təşəkkür edirəm. Həftənin birinci günü "Maşın" şouda bütün kartları mən açacam" sözlərini yazıb.
Kərim daha sonra oyunun iştirakçılarının qaldığı otelə yollanaraq, Niyamla görüşüb.
(Axşam.az)