538
13:38
06 Oktyabr 2019

Bu futbolçu Azərbaycan millisindən kənarlaşdırıldı

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
APA -nın məlumatına görə, Premyer Liqanın VII turunda keçirilmiş "Neftçi" - "Səbail" oyununda zədələnən Səlahət Ağayev əsas komandadan kənarlaşdırılıb.
Onun əvəzinə millinin heyətinə "Sumqayıt" klubundan Mehdi Cənnətov dəvət olunub.
Qeyd edək ki, yığma oktyabrın 9-da Bəhreynlə yoldaşlıq oyunu keçirəcək, 4 gün sonra AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Macarıstanla qarşılaşacaq.