679
09:13
07 Oktyabr 2019

Bu iştirakçı da "Maşın" şoudan GETDİ - VİDEO

"Maşın” şounun növbəti buraxılışı geridə qalıb. Lent.az -ın məlumatına görə, bu dəfə səs verməyə Xalq artisti Fatma Mahmudova çıxarılıb. Aktrisa səs toplayacağı halda kimi çıxaracağını öncədən söyləməyib.

Sonda F.Mahmudova 72,09 faiz səs toplayaraq oyunda qalıb.Onun qərarsızlığını görən müğənni Ayan Babakişiyeva əlini avtomobildən çəkərək, gedib.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aşıq Namiq Fərhadoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirir.