1167
11:15
07 Oktyabr 2019

Əməkdar artist ərinə şərt qoydu: "Bunu etsən, səndən ayrılacam" - VİDEO

Əməkdar artist Nüşabə Ələsgərli "Hüseynova bacıları" verilişində qonaq olub.

Lent.az -ın məlumatına görə, müğənni verilişdə həyat yoldaşı Rza barədə danışıb. O bildirib ki, yoldaşının qarşısına şərt qoyub: "Yoldaşım mənə dedi ki, qoluma yazı yazdırmaq istəyirəm. Dedim, qətiyyən icazə vermirəm. Söylədim ki,qoluna döymə etdirsən, səndən ayrılacam. Söylədi ki, “Etdirməyəcəm”. Sonra gördüm ki, yekə döymə etdirib və qolunu da bağlayıb. Qızdırma da vermişdi, çox yekə idi, 45 iynə ilə vurmuşdular. Böyük şok yaşadım, dalaşdım ki, günahdır. Dedi ki, bu döymə müvəqqətidir, 3 aydan sonra gedəcək. O zaman rahatladım. 3 ay gözlədim, gördüm getmir. Dedim, bunu yu, getsin də. Qayıtdı ki, yox, ora sənin adını yazdırmışam. Sonradan bildim ki, mənim adım deyilmiş".