954
17:47
07 Oktyabr 2019

Ədalət Şükürov: "Oğlum müğənni xanım almaq istəsə..." VİDEO

Əməkdar artist Ədalət Şükürov "Söhbət var" verilişinin qonağı olub.

Lent.az -ın məlumatına görə, o, şou-biznesdə hər zaman aktual olan "Oğluma müğənni qız almaram" mövzusuna münasibət bildirib:

"Müğənnilərin bir çoxunun övladların tanımırsınız. Onlar göstərmirlər. Mədəni, istiqanlı, ali savadlı, əsgərliyə gedən övladlar çoxdur. Biz incəsənət adamları övladlarımızla fəxr edirik.

Həyat yoldaşım mənə ərə gələndə bilmirdi ki, Ədalət müğənni olacaq. Fəxr edirəm sənətimlə. Sənətdə olan dostlarımla fəxr edirəm ki, gözəl ailələri var. Adam var, heç müğənni deyil, amma 1 aydan sonra boşanır. Onun sənətə heç bir aidiyyatı yoxdur. Oğlum müğənni xanım almaq istəsə, biz valideynləri etiraz etməyəcəyik. Allah xoşbəxt eləsin".

Qeyd edək ki, şou aləmində ilk dəfə “Oğluma müğənni qız almaram” sözünü əməkdar artist Elnarə Abdullayeva deyib. Onun bu fikrinə şou-biznesdə müğənnilər Nadir Qafarzadə, Elçin Hüseynov, Elvin Abdullayev kimi bir çox tanınmışlar dəstək çıxıb.