318
18:29
07 Oktyabr 2019

Üç ölkənin xarici işlər naziri Tbilisidə görüşəcək

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün vaxtı bilinib.
Türkiyənin Azərbaycandakı səfirliyindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının növbəti üçtərəfli görüşü oktyabrın 16–da Tbilisi şəhərində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sonuncu üçtərəfli görüşü ötən ilin oktyabr ayında İstanbulda baş tutub.