6572
09:07
08 Oktyabr 2019

"Maşın" şouda gözlənilməz qərar - Daha bir iştirakçı çıxdı - VİDEO

"Maşın” şounun növbəti günü geridə qalıb. Lent.az -ın məlumatına görə, səs verməyə bu dəfə aktyor Məcid Hüseynov çıxıb O, oyunda qalacağı təqdirdə qadın iştirakçılardan birini yarışmadan kənarlaşdıracağını açıqlayıb.

Sonda M.Hüseynov 56,67 faiz səs toplayaraq yarışmada qalıb. O, aşıq Namiq Fərhadoğlunu şoudan kənarlaşdırıb.

Qeyd edək ki, şouda oyunu Xalq artistləri Fatma Mahmudova, müğənnilər Türkan Vəlizadə, Aysun İsmayılova, Ramal İsrafilov, Niyam Salami, aparıcılar Kəmalə Piriyeva, Lalə Mustafayeva, Suna Qasımoğlu, aktrisa Zümrüd Qasımova, aktyor Məcid Hüseynov davam etdirir.