3232
15:15
09 Oktyabr 2019

Dəyənəklə döyülən ana və gənc qızla bağlı YENİ XƏBƏR - Həkim DANIŞDI

"Dəyənəklə döyülən ana və qızının durumunda irəliləyiş yoxdur".
Bu barədə Lent.az -a 1 saylı şəhər kliniki xəstəxanasından məlumat verilib. Xətəxananın Neyrotravmatologiya şöbəsindən bildirilib ki, Şəfiqə Mollazadə və qızı Lamiyə Mollazadənin vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir. Verilən məlumata görə, hər iki zərərçəkən sərbəst hərəkət edə bilmir və ancaq yataq şəraitində müalicələrini davam etdirirlər.
08:10:2019
saat: 11:52
Qaynı tərəfindən döyülən Şəfiqə Mollazadə və qızı Lamiyə Mollazadənin səhhəti orta ağırdır.
Zərərçəkmişlər hələ də 1 saylı şəhər kliniki xəstəxanada müalicə alırlar. Bu barədə Lent.az -a xəstəxanadan məlumat verilib. Verilən məlumata görə, Şəfiqə Mollazadə və Lamiyə Mollazadənin durumu orta ağır olaraq qiymətləndirilir. Bildirilir ki, zərərçəkmişlər travmatologiya şöbəsinə ağır travma diaqnozu ilə daxil olublar.
Qeyd edək ki, hadisə dünən Nəsimi rayonu Mirəli Qaşqay küçəsində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib. Mənzildə onların arasında mübahisə yaranıb və qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisəni törədən şəxs saxlanılıb.