899
16:14
08 Oktyabr 2019

Qozlu peçenyenin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla qozlu peçenyenin necə hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
1 st qoz, 1 st un, 1 st şəkər tozunun 5/4 hissəsi, 200 qr yağ, 2 yumurta, qabartma tozu, vanilin
Hazırlanması:
Qozu ovuruq, sonra şəkər tozuna qatırıq. Daha sonra yağı əridib, əlavə edib qarışdırıq. Sonra yumurtaların sarısını, qabartma tozunu, vanilin əlavə edib qarışdırırıq. Daha sonra sobanın listinə yağlı kağız qoyuruq və peçenyeləri yumrulayıb düzürük. Sobaya yerləşdirib bişirik. Peçenyelər soyuduqdan sonra servis edirik.
Nuş olsun!