549
19:56
08 Oktyabr 2019

Arsen Venger geri dönür

Dünya futbolunun tanınmış baş məşqçilərindən Arsen Venger meydana qayıdır.
Lent.az -ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, təcrübəli mütəxəssislə ölkəsi Fransada “Lion” klubu maraqlanır.
“Aresenal”ın unudulmaz baş məşqçilərindən olan son zamanlar bir çox klubun əlaqə yaratdığı Vengerin artıq meydana çıxmaq istədiyi bildirilir. Onun “Lion”dan uzaqlaşdırılan baş məşqçi Silvinyonun yerinə gətiriləcəyi istisna olunmur.
Bu səbəbdən 69 yaşlı baş məşqçi ilə “Lion” rəhbərliyinin görüşmək niyyətində olduğu da deyilir.