434
16:35
08 Oktyabr 2019

Putin Ağabəy Əsgərovu medalla təltif etdi

“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Rusiyanın “Puşkin” medalı ilə təltif edilib.
APA -nın Moskva müxbirinin xəbərinə görə, bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Qeyd edək ki, Rusiyanın “Puşkin” medalı mədəniyyət və incəsənət, maarifçilik, humanitar elmlər və ədəbiyyat sahələrində xidmətlərə, mədəni irsin öyrənilməsi və qorunub saxlanmasına, xalqların və millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə töhfəyə görə verilir.