9026
14:15
09 Oktyabr 2019

"Broylerlər kökəldir" - Həkim toyuqların ən zərərli hissələrinin adını çəkdi

Qiymət baxımında ucuz və sərfəli hesab edilən, broyler toyuqları Azərbaycanda ən çox istehlak olunan ət məhsullarındandır.
Bəs büdcə baxımından sərfəli hesab edilən bu qidanın sağlamlıq üçün hansısa təhlükəsi ola bilərmi?
Mövzu ilə bağlı Lent.az -ın suallarını cavablayan terapevt Coşqun Məmmədli bildirib ki, broyler toyuqları olduqca zərərlidir:
“Bildiyiniz kimi broyler toyuqlarının tez böyüməsi üçün yemlərinə antibiotiklər və hormonal preparatlar əlavə edilir. Bu da gələcəkdə insanlarda artıq çəki, şəkərli diabet, mədə-bağırsaq, xərçəng və s. xəstəliklərə yol açır. Əvvələr 2 saata bişən toyuq, indi 15 dəqiqəyə hazır olur. Çox təəssüf ki, bu gün yediyimiz broylerlər toyuq deyil, zəhərdən ibarətdir. Yaxşı olar ki, təbii bildiyimiz qidalarla sağlamlığımızı, gələcəyimizi qoruyaq”.
Həkimin sözlərinə görə, mağazalarda satılan toyuq hissələri, yəni ayrıca satılan budlar, sinə, qanadlar və s. əsasən xaricdən idxal olunur:
“Satışda olan toyuq hissələri daha zərərlidir, çünki onlara əlavə maddələr vurulur. İstər toyuğun budu olsun, istər qanadı, istərsə də sinəsi ümumiyyətlə, broyler toyuqları zərərlidir ”.