198
12:33
09 Oktyabr 2019

Azərbaycanda qadın külli miqdarda narkotiklə tutuldu

Biləsuvarda qadının üzərində narkotik aşkarlanıb.
Lent.az -a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini G.Abbasovadan 1 kiloqramdan artıq heroin və 810 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.