839
17:46
10 Oktyabr 2019

Arvadını uşaqlarının gözü önündə qantellə öldürübmüş - Yenə namus məsələsi

Bakıda əri tərəfindən 18 bıçaq xəsarəti ilə öldürüldüyü deyilən qadın barədə yeni təfərrüatlar ortaya çıxıb.
APA tv-nin məlumatına görə, hadisənin namus üstündə törədildiyi bildirilir. Qonşuların dediyinə görə, qətl hadisəsi onların 9 və 15 yaşlı uşaqlarının gözü qarşısında baş verib. Onların sözlərinə görə, İlham Əkbərov həyat yoldaşı mərhum Cəvahir Əkbərovanı bıçaqla deyil, qantellə vuraraq öldürüb. Həmçinin Cəvahir Əkbərovanın zəhmətkeş qadın olduğu, ailənin dolanışığına kömək etmək üçün ayrı-ayrı şəxslərin məişət işlərini görməsi də qeyd olunub.
09.10.2019
saat: 15:31
Bakıda qətl törədilib.
APA -nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Məmməd Şərifli küçəsi 82a ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Əkbərov İlham Lütfəli oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əkbərova Cəvahir Telman qızını 18 bıçaq zərbəsi ilə qətlə yetirib.
İ.Əkbərov hadisəni törətdikdən sonra Şəki rayonuna qaçıb.
Nizami rayon Polis İdarəsi və Şəki rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.