301
16:34
09 Oktyabr 2019

Almaniyada silahlı insidentdən sonra polis bir nəfəri saxlayıb - YENİLƏNİB

Almaniyada baş vermiş silahlı insidentdən sonra polis bir nəfəri saxlayıb.
APA -nın xəbərinə görə, bu barədə Qalle şəhərinin polis idarəsinin “Twitter” səhifəsində bildirilib.
“Bizim əməkdaşlarımız bir nəfəri saxlayıb”, - deyə qeyd olunub.
Polisin məlumatına görə, silahlı insidenti törətməkdə şübhəli bilinənlərin sayı bir neçə nəfərdir.
***
saat 15:44
Almaniyanın Qalle şəhərində sinaqoqun yaxınlığında naməlum silahlı şəxs insanlara atəş açıb.
APA -nın "Bild" qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki nəfər ölüb.
Şəhər polisinin "Twitter"də verdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb.
Hazırda cinayətkarın saxlanılması istiqamətində tədbirlər davam etdirilir.