643
16:19
09 Oktyabr 2019

Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA

Hazırda Azərbaycanın bəzi rayonlarında, həmçinin Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam küləyin bir qədər mülayimləşəcəyi gözlənilir.

Xatırladaq ki,oktyabrın 9-da şimal-qərb küləyinin sürəti arabir Naftalanda 28, Daşkəsəndə 25, Tərtərdə 22, Xınalıq, Bakı, Ələtdə 20, Neft Daşlarında 18, Pirallahıda 17, Gədəbəydə 15 m/s-dək güclənib, dalğanın hündürlüyü isə 2,8 metrə çatıb.