310
09:03
10 Oktyabr 2019

Bakıda daha bir gənc qadın itkin düşdü: qardaşı axtarır

Nərimanovada yaşayan qadın itkin düşüb.
Lent.az -ın məlumatına görə, bu barədə onun qardaşı 1988-ci il təvəllüdlü Nərimanov rayonunda yaşayan Ramin Rahib oğlu Muradov oktyabrın 8-də Binəqədi Rayon 40-cı Polis Bölməsinə ərizə ilə müraciət edib. O, müraciətində bildirib ki, onunla eyni eyvdə yaşayan bacısı 1991-ci il təvəllüdlü Gülnar Rahib qızı Rüstəmli oktyabrın 8-i saat 16 radələrində evdən çıxaraq Bakı Avtovağzalından naməlum istiqamətdə gedərək xəbərsiz itkin düşüb.
Faktla bağlı Binəqədi Rayonu Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.