500
10:53
10 Oktyabr 2019

Daha iki şəhərə gecə reysi bərpa olundu

Oktyabrın 18-dən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq.
Bu barədə Lent.az -a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib. O bildirib ki, avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək və biletlər bu gündən satışdadır.
Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər.
Bakı - Mingəçevir - 23:30,
Mingəçevir - Bakı - 01:00
Bakı - Şəki - 23:30,
Şəki - Bakı - 23:30.
Qeyd edək ki, gecə reysləri 10 illik fasilədən sonra oktyabrın 1-dən bərpa olunub.
Gecə reysləri ilə bağlı ilkin mərhələdə dörd istiqamət (Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı) seçilmişdi.